İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dondurduğu Rusiya aktivlərinin ilk “tranşı”nı Ukraynaya göndərir

ABŞ-da dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi prosesi başlanıb.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, ABŞ-ın ədliyyə naziri-baş prokuroru Merrik Harlend Rusiya əsilli iş adamı, “Tsarıqrad” telekanalının yaradıcısı Konstantin Malofeyevin ölkədə dondurulmuş 5,4 milyon dollarlıq aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi barədə qərarı təsdiqləyib.

Nazir bildirib ki, bu, Birləşmiş Ştatlar tərəfindən həbs edilmiş Rusiya aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi istiqamətində birinci addımdır və axırıncı olmayacaq.

Xatırladaq ki, Malofeyevin akitvlərinin Ukrayna üçün istifadəsinə dair məhkəmə qərarı fevral ayında qəbul edilib. Qərarın qəbulu ötən ilin payızında ABŞ qanunvericiliyinə edilən dəyişiklikdən sonra mümkün olub.

Baş prokurorun indiki qərarı həbs olunan aktivlərin Ukraynaya yolunu tamamilə açıb. Növbəti aylar ərzində ABŞ-ın Rusiya hakimiyyətinə yaxın şəxslərə məxsus və üzərinə həbs qoyduğu 60 milyard dollaradək vəsaitin Ukraynaya veriləcəyi gözlənilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın bu addımının bumeranq kimi özünə qayıdacağını, Rusiyanın bunu cavabsız qoymayacağını bəyan edib.

Qeyd edək ki, hazırda Avropa İttifaqında da Rusiya aktivlərinin Ukraynaya verilməsi üçün hüquqi bazanın formalaşdırılması prosesi gedir. Bununla məşğul olan işçi qrupun cari ilin sentabrınadək konkret mexanizm işləyib hazırlayacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR