Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Nyu-Meksiko ştatında 7 və 9 yaşlı iki uşağın polisə silahla qarşı durduğu anların görüntüləri yayılıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, şerif idarəsinin yaydığı videoda azyaşlıların üzərlərində olan dolu tapançayla polisdən qaçmağa çalışdıqları və qarşıdurma yaşandıqları anlar əks olunub.
Yayılan görüntülərdə uşaqların kondisioner qurğusunun arxasında gizlənərək polisə müqavimət göstərməsi əks olunub.
Dron çəkilişində onların ətrafa baxaraq tutulmamaq üçün çalışdıqları, amma vəziyyətin ciddiliyini dərk etmədikləri görünür. Üstlərində "Minecraft" və "Star Wars" geyimləri olan uşaqlardan birinin silahı əlində saxladığı da görüntülərdə aydın görünür. Hadisə yerində olan polis əməkdaşlarının bədən kamerasına düşən kadrlar isə onların uşaqlara silahı yerə qoymaları üçün yalvardıqlarını göstərib.
ABŞ-ın Nyu-Meksiko ştatında 7 və 9 yaşlı iki uşağın polisə silahla qarşı durduğu və yerə qoymaqdan imtina etdikləri an polislərin atəş açması ilə bitib.
13 May 2025
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ