İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də Koreya yarımadasının tam nüvəsizləşdirilməsi müzakirə olunacaq

ABŞ və Koreya Respublikası (Cənubi Koreya) prezidentləri Co Bayden və Yun Sok Yol çərşənbə günü görüş zamanı Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) nüvə təhlükəsinə qarşı birgə tədbirləri elan edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

O, brifinqdə qeyd edib ki, bu danışıqlarda ABŞ prezidenti Şimali Koreyanın yaratdığı təhlükə fonunda nüvə təhlükəsinin qarşısının alınması üzrə öhdəliyimizi gücləndirəcək. Onun sözlərinə görə, Cənubi Koreya prezidentinin səfəri KXDR-nin nüvə imkanlarını genişləndirməkdə davam etdiyi mühüm vaxta təsadüf edir və hər iki lider bu məsələni müzakirə etməyi planlaşdırır.

Baydenin müşaviri qeyd edib ki, Vaşinqton və Seul fikir ayrılıqlarının sülh yolu ilə həllinə və Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə nail olmaq üçün Şimali Koreya ilə dialoq axtarmağa sadiqdirlər.

Bundan əlavə, Sallivan ABŞ və Cənubi Koreya liderlərinin kibertəhlükəsizlik, iqlim dəyişikliyinin azaldılması və investisiya məsələlərini də müzakirə edəcəyini söyləyib.

Qeyd edək ki, Yun Sok Yol aprelin 24-dən 29-dək ABŞ-də dövlət səfərində olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR