İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan şok proqnoz: Ukrayna iqtisadiyyatı Rusiyanı geridə qoya bilər

ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Skott Bessent bəyan edib ki, düzgün idarəetmə və qlobal investisiyalar şəraitində Ukraynanın iqtisadiyyatı gələcəkdə Rusiyanın iqtisadiyyatından daha böyük ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Gordonua.com” məlumat yayıb.

Bessentin fikrincə, bu məqsədə çatmaq üçün əsas amillər effektiv idarəetmə və xarici sərmayələrin cəlb olunmasıdır. O bildirib ki, Ukraynanın iqtisadi güclənməsi gələcəkdə Rusiyaya rəhbərlik edəcək şəxslər üçün də mühüm sarsıdıcı amilə çevriləcək.

“Əgər bu proses düzgün aparılarsa, Ukraynanın iqtisadi uğurları Rusiyanın gələcək rəhbəri üçün ciddi məhdudlaşdırıcı faktor ola bilər,” – deyə o vurğulayıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR