Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubio "Breitbart News"-a verdiyi müsahibədə prezident Donald Tramp və onun administrasiyasının Rusiyanı Çindən ayırmaq istiqamətində ciddi səylər göstərdiyini bildirib.
Musavat.com xəbər verir ki, Rubio bu strategiyanı "soyuq müharibə" dövründə prezident Riçard Niksonun Çin və Sovet İttifaqını ayırmaq siyasətinə bənzədib.
“Onları çinlilərlə əlaqələrdən tamamilə ayıra biləcəyimizə əmin deyiləm. Lakin Çin və Rusiyanın bir-birinə bu qədər yaxın olması qlobal sabitlik üçün yaxşı deyil, çünki hər iki ölkə nüvə dövlətidir. Hazırda rusların getdikcə çinlilərdən daha çox asılı vəziyyətə düşdüyünü görürük və bu da arzuolunan nəticə deyil,” – deyə Rubio vurğulayıb.
Rubio bildirib ki, ABŞ-Çin münasibətləri bu əsrin əsas müəyyənedici faktorlarından biri olacaq. Buna görə də, həm ruslar, həm də amerikalılar üçün ən yaxşı nəticə Rusiyanın Çindən “kiçik tərəfdaş” rolunda asılı qalmaması olacaq.
Musavat.com
25 Aprel 2025
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ