İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Putinin təklifinə sərt reaksiya: Ukraynanın idarəçiliyini xalq və Konstitusiya müəyyən edir

 Ağ Ev Rusiya prezidenti Vladimir Putinin Ukraynada BMT-nin nəzarəti altında müvəqqəti idarəetmə qurmaq təklifinə cavab verib.

Musavat.com xəbər verir ki, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi "Reuters"ə açıqlamasında bildirib ki, Ukraynanın dövlət idarəçiliyi ölkənin Konstitusiyası və xalqı tərəfindən müəyyən edilir.

Qeyd edək ki, Putin bu ideyanı ABŞ, Avropa ölkələri və Rusiyanın tərəfdaşları ilə müzakirə etməyi təklif etmişdi.

Ağ Evin cavabı isə Qərbin bu təklifə açıq şəkildə qarşı olduğunu göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR