Onlayn ictimai-siyasi qəzet
ABŞ Maliyyə Nazirliyi İran neftinin gizli nəqli ilə bağlı 35 hüquqi şəxs və tankeri sanksiyalar siyahısına əlavə edib.
Musavat.com nazirliyin açıqlamasına istinadən xəbər verir ki, qərara səbəb İranın neft gəlirlərindən nüvə proqramını, ballistik raket və PUA texnologiyalarını inkişaf etdirmək, regional terror qruplaşmalarına sponsorluq etmək üçün istifadəsidir: “Bu, regionda sabitliyin daha çoxpozulması riskini yaradır”.
Sanksiyalar İranın özünün, Honduras, Beliz və Panama da daxil olmaqla neft daşıyan müxtəlif ölkələrin bayraqları altında üzən gəmiləri əhatə edib. Sanksiya siyahısına BƏƏ, Panama, Hindistan, Çin və bir sıra digər ölkələrin şirkətləri daxildir. O cümlədən, Ukraynanın “Lightship Management Ltd” şirkətinə qarşı sanksiyalar tətbiq edilib.
Oktyabr ayında ABŞ Maliyyə Nazirliyi İran nefti və neft məhsullarını daşıyan beş şirkətə və onların tankerlərinə qarşı sanksiya tətbiq edib. Bu şirkətlərdən əldə olunan gəlirlərin husiləri və onların hücumlarını maliyyələşdirmək üçün istifadə edildiyi bildirilirdi.
Sanksiyalar Changtai Shipping Ltd və onun tankeri Kapok, Motionavigations Ltd və onun tankeri Kukki (hər ikisi Marşal adalarında qeydiyyatdan keçib), həmçinin sonuncunun operatoru olan BƏƏ-nin Indo Gulf Ship Management MMC-yə qarşı tətbiq edilib.
Siyahıya həmçinin BƏƏ-də qeydiyyatdan keçmiş Eco Max Trading FZE, Eco Max FZE və əlaqəli tankerlər Marbel, Trophy, Onyx, Liana, Gratia və Juvenis daxildir.
Bundan əlavə, “Motionavigations Ltd”, “Eco Max FZE” və “Eco Max Trading FZE” şirkətlərinin rəhbəri və benefisiarı – BƏƏ-də yaşayan Ukrayna vətəndaşı Yevgeni Skryabinə, habelə “Indo Gulf Ship Management” şirkətinin yüksək rəhbərliyinə, Hindistan vətəndaşlarına qarşı şəxsi sanksiyalar tətbiq edilib.
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ