Onlayn ictimai-siyasi qəzet
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.
Bu barədə Musavat.com-a MÜTDA-dan xəbər verilib.
Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 29 iyul saat 11:00-dan 4 avqust saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (o cümlədən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmış) şəxslər iştirak edə bilərlər.
17 Iyul 2025
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ