Onlayn ictimai-siyasi qəzet
Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya strateji aviasiyasının yerləşdiyi hərbi hava bazalarına endirdiyi zərbələr Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə “eskalasiya riskini artırıb”.
Musavat.com xəbər verir ki, bu fikri ABŞ-ın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” kanalına müsahibəsində səsləndirib.
ABŞ prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, əgər hücum düşmənin milli müdafiə sisteminə, xüsusilə də onun nüvə triadasına yönəlibsə, o zaman “risk səviyyəsi yüksəlir”.
Kelloq əlavə edib ki, bu məsələdə Kremlın necə reaksiya verəcəyini öncədən proqnozlaşdırmaq mümkün deyil. O, bunun ABŞ hakimiyyətinin qarşısını almağa çalışdığı bir vəziyyət olduğunu vurğulayıb, çünki belə bir nöqtəyə çatmaq arzuolunmazdır.
Kelloq həmçinin qeyd edib ki, “Hörümçək toru” adlı xüsusi əməliyyatın psixoloji təsiri, Rusiyanın bombardmançı təyyarələrinin məhv edilməsi nəticəsində dəyən maddi itkilərdən daha ciddi olub. Onun fikrincə, Ukraynanın bu xüsusi əməliyyatı Moskvanın imicinə böyük zərər vurub və göstərib ki, Ukrayna təslim olmaq niyyətində deyil.
Musavat.com
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ