İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Ermənistana 20 milyonluq YARDIM

ABŞ hökuməti Ermənistana 20,6 milyon dollar maliyyə dəstəyi verəcək.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ dövlət katibi Antoni Blinken və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Ermənistanın gələcək inkişafın təşviqi üçün 20 milyon 600 min dollar vəsait ayrıldığını bəyan ediblər.

Vəsait Ermənistana kibertəhlükəsizliyi, sərhəd və enerji təhlükəsizliyini və qabaqcıl təhdid və çağırışlara davamlılığı artırmaq üçün istifadə olunacaq.

Bundan əlavə, ProInfo təşəbbüsü çərçivəsində əlavə 600 min dollar ayrılıb. Bu maliyyə 2024-cü ilin iyul ayında elan edilən 11,9 milyon dollara əlavədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR