Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan və Ermənistan son bir ildə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər".
Musavat.com xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı səsləndirib.
“Biz Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün aparılan işi alqışlayırıq. Biz hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Ümid edirik ki, onlar bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Tərəflər ötən il ərzində əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları bu sürəti qoruyub saxlamağa, keçmiş danışıqların nəticələrinə əsaslanmağa və razılığa gəlməyə təşviq edirik”.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ