İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan 22 maddəlik ATƏŞKƏS PLANI – Ukrayna üçün yeni mərhələ

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya prezidenti Vladimir Putinə Ukraynada atəşkəsə nail olmaq məqsədilə tərtib edilmiş 22 təklifdən ibarət siyahını təqdim etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, təkliflər siyahısı ABŞ, Ukrayna və Avropa nümayəndələri tərəfindən hazırlanıb.

Yayımlanan materialda bildirilir ki, sənəddə 30 günlük atəşkəs təklifi yer alır və Vaşinqtonun Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyəcəyi ilə bağlı Rusiyanın tələblərinə cavab verilir.

10 mayda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna Rusiya ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlardan yayınmağa çalışır. O, əlavə edib ki, müvəqqəti atəşkəs dövründə Kiyevə silah tədarükü dayandırılmalıdır.

Peskov qeyd edib ki, Rusiya 30 günlük atəşkəs ideyasını dərhal dəstəkləyib, lakin bu, Rusiya tərəfinin maraqları və mümkün nüansları nəzərə almaq şərtilə baş verməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR