İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ daha bir Türkiyə şirkətini sanksiya siyahısına saldı: Rusiya neftini daşıyıb

ABŞ Maliyyə Nazirliyi iki xarici şirkəti qiymət tavanından yuxarı qiymətə satılan Rusiya neftini daşıdığına görə sanksiya siyahısına salıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bununla bağlı nazirliyin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) bəyanatında məlumat açıqlanıb. Hər iki iki şirkətə qarşı bloklayıcı sanksiyalar tətbiq edilib.

Sanksiyaya məruz qalan şirkətlərdən biri Türkiyəyə məxsus Ice "Pearl Navigation Corp” digəri isə Birləşmiş Ərəb Əmirliklərinə aid “Lumber Marine SA” şirkətləridir.

OFAC-ın məlumatına görə, “Lumber Marine SA”ya məxsus “SCF Primorye” tankeri Rusiya limanından Rusiyanın Novy Port neftini 75 dollar/bareldən yuxarı qiymətə nəql edib. Öz növbəsində “Ice Pearl Navigation”a məxsus “YasaGolden Bosphorus” tankeri Rusiya neftini 80 dollar/bareldən yuxarı qiymətə nəql edib.

Hər iki təqsirləndirilən şirkət daşınma zamanı Amerika şirkətlərinin xidmətlərindən istifadə edib.

Departament vurğulayır ki, hər iki şirkət, həmçinin onların 50 faiz vəı yuxarı həddə payı olan digər bağlı şirkətlərin bütün hesabları, aktivləri bloklanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR