İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da YANĞIN PANİKASI - Harrisin 5 milyonluq evi TƏHLÜKƏDƏ

ABŞ vitse-prezidenti Kamala Harrisin Los-Ancelesdəki evi Kaliforniya ştatında baş verən meşə yanğını səbəbindən evakuasiya zonasına daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə "NBC News" kanalı məlumat verib.

Qeyd olunub ki, Harrisin evinin yerləşdiyi ərazi güclü küləklər səbəbindən yanğınların şiddətlənməsi ilə evakuasiya zonası elan edilib.

Hazırda vitse-prezident Vaşinqtondadır.

Məlumata görə, Harrisin 350 kvadratmetr sahəsi olan evi 2012-ci ildə həyat yoldaşı, vəkil Douglas Emhoff tərəfindən alınıb.

Evin yaxınlığında aktrisa Qvinet Peltrou və basketbol ulduzu LeBron Ceyms yaşayır. Harrisin dörd yataq otaqlı və hovuzlu evi Getty Muzeyinə 10 dəqiqəlik piyada məsafədə yerləşir. 2024-cü ildə bu evin dəyəri 5 milyon dollar qiymətləndirilib.

Əvvəlcə ABŞ mətbuatı Kaliforniya ştatındakı meşə yanğınının 300 hektar sahəni əhatə etdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR