İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da xarici ticarət kəsiri iki ilin maksimumuna çatdı

ABŞ-ın xarici ticarət kəsiri iyulda əvvəlki ayla müqayisədə 8 faiz artaraq 78,8 milyard dollar təşkil edib. Musavat.com xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Bu, iki ildən artıq müddətdə (2022-ci ilin iyunundan bəri) ən yüksək göstəricidir.

Yenidən işlənmiş məlumatlara əsasən, iyunda mənfi ticarət saldosu əvvəllər elan edildiyi kimi 73,1 milyard dollar deyil, 73 milyard dollar təşkil edib.
Trading Economics analitikləri orta hesabla 79 milyard dollara qədər artım gözləyirdilər.

İyul ayında ixracın həcmi 1,3 milyard dollar (0,5 faiz) artaraq rekord həddə - 266,6 milyard dollara çatıb. Malların ixracı 0,7 milyard dollar (175,1 milyard dollar), xidmətlər, o cümlədən turizm və maliyyə xidmətləri 0,5 milyard dollar (91,5 milyard dollar) artıb.

İdxal 7,1 milyard dollar (2,1 faiz) artaraq 345,4 milyard dollara çatıb ki, bu da 2022-ci ilin martından bəri ən yüksək göstəricidir. Bu, əsas vəsaitlərin və sənaye materiallarının alışının artması ilə əlaqədar olub.
Ötən ay mal ticarətində kəsir 5,6 milyard dollar artaraq 103,1 milyard dollara, xidmətlər sektorunda isə 0,2 milyard dollar azalaraq 24,3 milyard dollara düşüb.

Çinlə ticarət kəsiri 4,9 milyard dollar artaraq 27,2 milyard dollara, Kanada ilə isə 3 milyard dollar artaraq 7,6 milyard dollara çatıb.

Yanvar-iyul aylarında ABŞ-ın xarici ticarət kəsirinin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz (36,2 milyard dollar) artıb. Eyni zamanda ixrac 3,7 faiz, idxal 4,5 faiz artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR