Onlayn ictimai-siyasi qəzet
ABŞ-da federal apellyasiya məhkəməsi TikTok-un milli təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə qadağan edilə biləcəyinə dair qərar verib.
Məhkəmənin qərarına görə, ABŞ hökuməti Çin mənşəli TikTok platformasının milli təhlükəsizliyə təhdid yarada biləcəyi ilə bağlı əsaslı dəlillərə sahib olduğunu iddia edir.
Musavat.com xəbər verir ki, bu qərar TikTok-un fəaliyyətinə ciddi təsir göstərə və platformanın ölkə daxilində qadağan olunması ilə nəticələnə bilər.
TikTok və ana şirkəti ByteDance bu qərarla bağlı hüquqi mübarizəni davam etdirəcəyini açıqlayıb. Şirkət platformanın istifadəçi məlumatlarını qorumaq üçün ciddi tədbirlər gördüyünü bildirir.
Qərarın tətbiq olunub-olunmayacağı və TikTok-un ABŞ-dakı gələcək fəaliyyəti ilə bağlı əlavə hüquqi müzakirələrin aparılacağı gözlənilir.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ