İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da sənədlərin internetə sızmasında şübhəli bilinən hərbçini hansı cəza gözləyir?

ABŞ-da məxfi sənədlərin internetə sızmasında şübhəli bilinən Millli Qvardiyanın hərbi hava qüvvələrinin hərbi qulluqçusu Cek Daqlas Teyşeyra uzun müddətli həbs cəzasına məhkum edilə bilər.

AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların ədliyyə naziri və baş prokuroru Harland Merrikin sözlərinə görə, Cek Daqlas Teyşeyraya qarşı casusluq maddəsi ilə cinayət işi açıla bilər. Günahi sübuta yetirilərsə, onu internetə düşən hər sənədə görə 10 il həbs cəzası gözləyir.

Bir müddət öncə Ukrayna ordusunun əks-hücum hazırlığı, hava hücumundan müdafiə sistemlərinin düzülüşü, Kiyevə silah tədarükü və qoşunların sayı barədə məxfi məlumatlar “Twitter” və “Telegram” şəbəkələrinə yerləşdirilib. Aprelin 7-də isə “The New York Times” qəzeti internetdə Ukrayna mövzusuna, həmçinin Yaxın Şərq və Çinə aid yeni sənədlərin peyda olduğu barədə məlumat yayıb.

Qeyd edək ki, aprelin 13-də ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları məxfi materialların yayılmasında ittiham olunan 21 yaşlı Cek Daqlas Teyşeyranı Massaçusets ştatının Dayton şəhərindəki evində həbs edib. Onun bu gün məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR