İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da seçkilər və Azərbaycanın maraqları: Tramp yoxsa Harris?

Hazırda Amerika kimi böyük bir ölkənin vətəndaşları dövlətin qüsurlu siyasi sistemi ucbatından prezidentliyə çox da layiq olmayan iki şəxsdən birini seçməyə məcbur qalıblar. Yəni, dolayısı ilə seçicilər, hər kəs öz düşüncəsinə görə daha az pis olanı seçməyə məcburdur.

Mən şəxsən bu cür hallarda ilk növbədə Azərbaycanın, daha sonra isə Türk Dünyasının maraqlarını diqqətə alaraq seçimimi edirəm. Bu baxımdan, mənə görə Azərbaycanın və Türk Dünyasının maraqlarına tam uyğun olmasa da, müqayisədə Tramp daha uyğundur. Niyə?

c.jpeg (124 KB)

Çünki ABŞ-da uzun illərdir erməni kökənli əhali Demokrat Partiyasını, bu seçkidə isə konkret olaraq Kamala Harrisi birmənalı dəstəkləyir. Bundan əlavə, PKK tərəfdarları və FETÖ üzvləri də Demokrat Partiyasını və onun namizədini dəstəkləyir. Bu dəstəklər sadəcə seçkidə səs verməklə yekunlaşmır, həm də böyük miqdarda maddi ianələrlə ifadə olunur.

Demokratlarla Respublikaçılar arasında ABŞ-da onları dəstəkləyənlər  arasında nə fərq var - ForumDaily

Bayden və Harrisin “soyqırım” ifadəsini işlədən ilk və tək prezident və vitse-prezident ikilisi olduğunu unutmamalıyıq. Azərbaycanda bəzi şəxslərin Kamala Harrisin onları hakimiyyətə gətirəcəyi xəyallarına inanması və onların ermənilərə göstərdikləri açıq simpatiya da düşündürücüdür.

Tramp da bəzi açıqlamalar verib, lakin bu açıqlamalar əsasən siyasi məqsədlərə xidmət edirdi. Azərbaycan isə öz haqqını 44 günlük müharibədə məhz Trampın hakimiyyəti dövründə əldə etdi və həmin vaxt Vaşinqtonun mövqeyi bizə xeyir verdi. Lakin Bayden dövründəki antiterror əməliyyatlarımız zamanı isə dərhal ABŞ-dan təzyiq xarakterli bəyanatlar gəldi.

Bayden ikinci dəfə prezident olmaq istəyir

Azərbaycan cəmiyyətinin daha çox liberal kəsimi və müxalifətin bir hissəsi Trampı “Putinin adamı” adlandırmaq kimi gülünc iddialarla çıxış edir və Trampın yenidən seçiləcəyi təqdirdə Ukrayna məsələsinin Rusiyanın xeyrinə sonuclanacağını iddia edirlər. Lakin bu, ağıl tutulması və eyni zamanda sevdalısı olduqları Amerikanı aşağılamaq deməkdir. Rusiya Krımı Trampın yox, Demokratların hakimiyyəti dövründə işğal etdi. Bayden və Harrisin dövründə isə Ukraynanın geniş miqyaslı işğalı baş verdi və bu məşhur ikili Ukraynanı borclandırmaqla onu asılı vəziyyətə gətirdilər. Bu müddətdə Rusiya heç bir yerdə bir qarış belə torpaq işğal edə bilmədi. İndi kim(lər)dir rusun adamı?

ABŞ mətbuatı Trampı “atəş”ə tutdu: » Gundeminfo.az

Mənim üçün öncəlik Azərbaycanın maraqlarıdır. Ukraynanın haqlı mübarizəsini dəstəkləyirik, lakin mövzu milli maraqlarımız olduqda, hər kəsin öz ölkəsinin maraqlarını prioritet tutması vacibdir. Azərbaycan da hər zaman öz maraqlarını ön planda saxlamalıdır.

Qısacası, mən Amerikada ermənilərin, PKK-lıların və Türk düşmənlərinin dəstəklədikləri namizədi dəstəkləmərəm - buna mənim vicdanım və türklüyüm yol verməz.

P.S. Mən inanıram ki, Tramp yenidən seçilərsə, dünyada müharibələr, qan-qada olmayacaq, ölkələr arasındakı rəqabət hərbi müstəvidən iqtisadi-ticari müstəviyə keçəcək.

Zaur Bayramlı, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR