İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da prezidentlik uğrunda yarış başladı-namizədlər kimlərdir?

 

Xəbər verildiyi kimi, Florida ştatının qubernatoru Ron DeSantis Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini rəsmən elan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, DeSantisin qərarı ABŞ Federal Seçki Komissiyasına ərizə verdikdən sonra məlum olub.

44 yaşlı DeSantis 2019-cu ildən Florida ştatının qubernatorudur. Bundan əvvəl o, 2013-2018-ci illərdə bu ştatdan ABŞ Nümayəndələr Palatasının üzvü olub. O, digər respublikaçı namizədlər arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın ən ciddi rəqibi hesab olunur.

Lakin Respublikaçılar içində Trampdan başqa Cənubi Karolina ştatından respublikaçı senator Tim Skott, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli, Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson, iş adamları Vivek Ramasvami, Perri Conson, radio aparıcısı Larri Elder  də yarışa daxil olub.

Demokratlar Partiyasından ABŞ-ın hazırkı prezidenti 80 yaşlı Co Bayden, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu kiçik Robert Kennedi və yazıçı Marian Uilyamson prezidentliyə namizədlik üçün praymerizdə iştirak etmək üçün niyyətini bəyan ediblər.

Ron DeSantis çox populyardır və bir çox sorğuların nəticələrinə görə, məhz o, Respublikaçılar partiyasının qələbə qazanmaq üçün əsas siması hesab olunur. O, Yel və Harvard kimi prestijli  universitetlərin məzunudur. DeSantis 2004-2019-cu illərdə ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR