İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da neft hasilatı rekord həddə çatıb

ABŞ Energetika Nazirliyinin məlumatına əsasən 2023-cü ildə ABŞ-da gündəlik neft hasilatı 12,76 milyon barel təşkil edəcək.

Musavat.com bildirir ki, bu, nazirliyin əvvəlki proqnozundan 200 min barel, 2022-ci ildəki real hasilatdan 870 min barel çoxdur.

ABŞ Energetika Nazirliyi həmçinin 2024-cü ildə ölkədə gündəlik neft hasilatına dair proqnozunu da yeniləyib. Belə ki,yeni proqnoza əsasən gələn il ABŞ-da gündəlik neft hasilatı 13,09 milyon barelə çatacaq ki, bu da əvvəlki proqnozdan 230 min barel çoxdur.

Nazirlik hesab edir ki, Səudiyyə Ərəbistanın gündəlik hasilatı 1 milyon barel azaltmaq qərarı ilin sonunadək artan tələbat fonunda neft qiymətlərinin yüksək olmasını təmin edəcək. Noyabr-dekabrda Brent markalı neftin qiyməti 88 dollara qədər artacaq. Nəticədə illik orta qiymət 82,62 dollar təşkil edəcək ki, bu da nazirliyin əvvəlki proqnozundan 4 faizədək çoxdur.

ABŞ Energetika Nazirliyi 2024-cü ildə Btentin 1 barelinin orta qiymətini 86 dollar həcmində proqnozlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR