İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da işsizlik azaldı: Nəzərlər FED-də

İyul ayında ABŞ iqtisadiyyatında iş yerlərinin sayı artıb.

Musavat.com ABŞ Əmək Nazirliyinə istinadən xəbər verir ki, ötən ay ölkədə 187 min yeni iş yeri yaradılıb, analitiklərin gözləntilərinin əksinə olaraq, işsizlik səviyyəsi azalıb.

Bu tendensiya artıq 31 aydır ardıcıl davam edir. "Bloomberg"in rəyini aldığı ekspertlər iyulda yeni iş yerlərinin sayında 200 min artım proqnozlaşdırmışdılar. Ötən ay ABŞ-da işsizlik səviyyəsi isə iyundakı 3,6 faizdən 3.5 faizə düşüb. Analitiklər bu göstəricinin dəyişməyəcəyini proqnozlaşdırmışdılar.

Qeyd edək ki, işsizlik səviyyəsinin azalması fonunda ABŞ-da inflyasiya 2 faizə enməsə, Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini artırması, ən yaxşı halda isə indiki səviyyədə saxlaması ehtimalı artır. İyunda ABŞ-da inflyasiya 2,97 faiz təşkil edib. İyulda bu göstərici FED-in hədəflədiyi 2 faizə düşməsə, qurumun sərt monetar siyasəti davam etdirəcəyi proqnozlaşdırılır. Bu isə dolların məzənnəsində artım, xammal bazarlarında qiymətlərdə azalma vəd edir. Buna görə də diqqətlər avqustun 11-12-də açıqlanacaq inflyasiya göstəricilərinə yönəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR