Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Ukrayna ABŞ-da lobbiçilik fəaliyyətinə cəmi 62,5 min dollar dövlət vəsaiti xərcləyib.
Musavat.com xəbər verir ki, bu barədə Opendatabot açıq məlumatlar platforması ABŞ-ın Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) qaynağına istinadla açıqlama yayıb.
Qeyd olunur ki, bu rəqəm 2023-cü illə müqayisədə 6 dəfə azdır. Ötən il Ukrayna lobbiçiliyə 366,7 min dollar ayırmışdı. Ümumilikdə 2022-ci ildən bu yana Ukrayna ABŞ-da maraqlarını lobbiləşdirmək üçün 5,4 milyon dollar vəsait xərcləyib. Bu isə Rusiyanın həmin dövrdə xərclədiyi 11,8 milyon dollardan 2,2 dəfə azdır.
Opendatabot həmçinin Ukrayna, Rusiya və Polşanın ABŞ-dakı lobbiçilik xərclərini müqayisə edib. 2021-ci ildə Rusiya bu məqsədlə 36,11 milyon dollar ayırıb. Həmin il Ukrayna və Polşanın lobbiçilik xərcləri isə hər biri 1 milyon dollardan az olub.
Rusiya 2024-cü ildə lobbiçiliyə ayırdığı büdcəni 18 dəfə azaldaraq 461,2 min dollara endirib. Buna baxmayaraq, Rusiya hələ də Ukraynadan 7,4 dəfə, Polşadan isə təxminən 2 dəfə çox vəsait xərcləməyə davam edir.
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ