İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da film kimi olay - 4 məhbus həbsxananın damındakı dəlikdən qaçıb

ABŞ-da 4 məhbus həbsxananın damındakı dəlikdən istifadə edərək qaçıb.

Musavat.com xəbər verir ki, bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb.

Hadisə ötən ayın 22-də Missisipi ştatında, Cekson şəhərinin yaxınlığında baş verib. Məhkumların itkin düşməsi ertəsi gün məlum olub. Əvvəlcə səhər yoxlanışı zamanı dustaqların sayının düz gəlmədiyi məlum olub. Sonra həbsxana işçiləri kameraya baxış keçirib və tavanda və damda deşiklər aşkar ediblər. Bundan sonra onların qaçdıqları anlaşılıb.

Həbsxana rəhbərliyi müşahidə videokameralarının qeydlərinə baxandan sonra müəyyən edib ki, məhbuslar axşam saat 8-də kameradan çıxıblar. Rayon şerifi Tayri Consun sözlərinə görə, onlar bir müddət damda gizlənib və yalnız bundan sonra islah müəssisəsinin ərazisini tərk ediblər.

Tavan və damdakı deşikləri kimin açdığı və bunun nə qədər vaxt apardığı məlum deyil.

Bu, qaçanlardan biri olan 51 yaşlı Cerri Reynsin artıq ikinci qaçışıdır. Reyns qaçdıqdan beş gün sonra yenidən həbs olunub və onun minib qaçdığı oğurluq pikap bir neçə gün sonra Texasda, həbsxanadan 700 kilometr aralıda tapılıb.

İkinci məhbus, 34 yaşlı Keysi Qreysonun cəsədi aprelin 30-da Yeni Orleanda açıq yük maşınının qapısında tapılıb. Polis yaxınlıqda narkotik və şpris tapıb və hər şey həddindən artıq dozadan xəbər versə də, Qreysonun ölümünün dəqiq səbəbi hələ müəyyən edilməyib.

Üçüncü qaçaq Dilan Arrington aprelin 25-də evinin arxasındakı qoşquda ona bənzər bir adamı görən Missisipi sakininin zəngindən sonra tapılıb. Zəng edən şəxs ertəsi gün polislə qayıdanda Arrinqtonu evdə tapıb. Qaçaq atəş açmağa başlayıb və polisi onu ayağından yaralayıb. Atışma nəticəsində bina yanıb, atəş açmağa davam edən məhbus ölüb.

Nəhayət, mayın 4-də sonuncu qaçaq da tapılıb. 22 yaşlı Kori Harrison qaçdığı Raymond islah mərkəzinin yaxınlığında gizləndiyi evdə tapıldıqdan sonra həbs edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR