Onlayn ictimai-siyasi qəzet
ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 1,36 milyon barel artaraq 430,68 milyon barrelə çatıb. Musavat.com ölkənin Energetika Nazirliyinin həftəlik hesabatına istinadən xəbər verir ki, benzin ehtiyatları 2,89 milyon barel azalaraq 222,2 milyon barel təşkil edib.
Ötən həftə ABŞ-da kommersiya distillat ehtiyatları 1,67 milyon barel azalaraq 126,12 milyon barrelə düşüb.
Qeyd edək ki, mütəxəssislər neft ehtiyatlarının 2 milyon barrel, benzin ehtiyatlarının 1,42 milyon barrel azalacağını və distillə ehtiyatlarının 250 min barrel artacağını gözləyirdilər.
ABŞ-da neft ehtiyatlarının artması xəbəri neft bazarında qiymətlərin 80 dollara qədər ucuzlaşmasına səbəb olub.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ