Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Nyu-York ştatının Salina şəhərində baş verən atışmada şerifin müavini və bir polis əməkdaşı həlak olub.
“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC televiziyası məlumat yayıb.
Hakimiyyət orqanları təmsilçilərinin sözlərinə görə, onlar Sirakyus (Nyu-York) avtomobil oğurluğunda şübhəli bilinən şəxsin ünvanına göndəriliblər. Asayiş keşikçiləri evə daxil olanda onlara atəş açılıb. Atışma nəticəsində şübhəli şəxs öldürülüb.
Yaralı polislər xəstəxanaya çatdırılsalar da, orada ölüblər.
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ