Onlayn ictimai-siyasi qəzet
ABŞ Rusiyaya sanksiyalı məhsulların çatdırılmasında iştirak edən 37 Çin şirkətinə qarşı ixrac məhdudiyyəti tətbiq edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosum açıqlayıb.
Büronun yaydığı sənəddə qeyd edilir ki, ixrac məhdudiyyətlərinə məruz qalan 26 müəssisə “Rusiyaya mal tədarükündə iştiraka görə” qara siyahıya salınıb. "Bu cür hərəkətlər ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına ziddir", - bəyanatda deyilir.
Siyahıda 2023-cü ilin fevralında ABŞ hava məkanında raketlə vurulan Çin şarı ilə insidentdə iştirak etdiyi iddia edilən daha səkkiz Çin şirkəti də yer alıb. Analoji şarların yaradılması üçün Çin proqramına dəstək verən siyahıya daha üç şirkət daxil edilib. Məlumatda bu cür hərəkətlərin “ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına da zidd” olduğu vurğulanır.
ABŞ Ticarət Nazirliyinin bildirişi federal hökumətin rəsmi sənədlər toplusunda yerləşdirilib. Sənəddən aydın olur ki, qara siyahıya düşən bütün şirkətlər Amerikanın yüksək texnologiyalı məhsullarını almaq üçün lisenziyaların verilməməsi prezumpsiyasına məruz qalacaq.
Musavat.com
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ