İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ büdcəsinin gəlir-xərcləri açıqlandı

İyul ayında ABŞ büdcəsinin kəsiri 220,782 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.

Musavat.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ötən ay büdcə 2,5 faiz çox – 276,161 milyard dollar gəlir əldə edib. Xərclər isə 3,4 faiz artmaqla 496,943 milyard dollar təşkil edib.

Oktyabrın 1-dən başlanan maliyyə ilinin 10 ayında ABŞ büdcəsinin mənfi saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 1,163 trilyon dollara çatıb. Bu zaman büdcə gəlirləri 10,1 faiz azalaraq 3,689 trilyon dollar, xərclər isə 9,8 faiz artaraq 5,302 trilyon dollar təşkil edib. Xərc artımında əsas rolu "Medicare" və "Medicaid" tibbi sığorta proqramları oynayıb.

Qeyd edək ki, ABŞ büdcəsində ən böyük kəsir 3,1 trilyon dollar olmaqla 2020-ci ildə, büdcə profisiti isə 2001-ci ildə baş verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR