İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu ölkə ilə anlaşdı - SON DƏQİQƏ

Səudiyyə Ərəbistanı və ABŞ bərpa olunan mənbələrdən əldə edilən enerji resurslarının nəqli üçün qitələrarası dəhlizlərin yaradılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

Sentyabrın 8-də imzalanan sənəd Səudiyyə Ərəbistanı ərazisindən keçməklə Avropa və Asiya ölkələrini birləşdirəcək nəqliyyat və enerji dəhlizinin tikintisi üçün Vaşinqton və Ər-Riyad arasında qarşılıqlı fəaliyyət protokolunu müəyyən edir. Agentliyin bildirdiyinə görə, layihə təmiz enerjinin, o cümlədən hidrogenin nəqli üçün infrastrukturun, həmçinin rəqəmsal məlumatların ötürülməsi üçün fiber-optik kabellər şəbəkəsinin yaradılmasını nəzərdə tutur.

Şənbə günü Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Hindistanı Yaxın Şərq və Avropa ölkələri ilə birləşdirən nəqliyyat və iqtisadi dəhlizin yaradılmasını nəzərdə tutan anlaşma memorandumunun imzalandığını elan edib. Vəliəhdin sözlərinə görə, layihə Yaxın Şərq ölkələri arasında geniş dəmir yolu şəbəkəsinin tikintisini və liman infrastrukturunun inkişafını nəzərdə tutur. Bununla əlaqədar olaraq, layihə iştirakçıları ixrac və tranzit yüklərin daşınması üçün marşrutların tutumunun artırılmasını gözləyirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR