İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ BMT və NATO çərçivəsində sülhməramlı qüvvələrdə iştirakını dayandıracaq

Donald Tramp administrasiyası Dövlət Departamentinin büdcəsini demək olar ki, yarıya qədər azaltmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı “The Washington Post”a departamentin daxili sənədinə istinadən yayıb.

Bildirilir ki, bu, BMT və NATO-nun vəsaitlərinə də təsir edəcək. Qəzet qeyd edir ki, keçən həftə açıqlanan daxili memorandumda Tramp administrasiyası Dövlət Departamentinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) büdcəsinin təxminən yarıya qədər azaldılmasını, humanitar yardım, qlobal səhiyyə və beynəlxalq təşkilatlara ayırmaların dərin ixtisarlara məruz qoyulmasını təklif edib. O cümlədən Ağ Ev Dövlət Departamenti və USAİD-in fəaliyyətinə 28,4 milyard dollar ayırmağı təklif edir ki, bu da Konqresin 2025-ci il üçün təsdiq etdiyi maliyyədən 27 milyard dollar və ya 48 faiz azdır.

Eyni zamanda, beynəlxalq təşkilatlara ayrılan vəsaitlərin həcmi daha böyük ölçüdə - demək olar ki, 90 faiz azalacaq. BMT, NATO və 20 digər beynəlxalq qurumun sülhməramlı əməliyyatlarının maliyyələşdirilməsi dayandırılacaq - o, yalnız bir neçə təşkilat, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Beynəlxalq Mülki Aviasiya Təşkilatı üçün saxlanılacaq. Bundan əlavə, büdcədə ayrı-ayrı müttəfiqlərin, o cümlədən İsrail və Misirin silahlı qüvvələrinin inkişafı üçün 5,1 milyard dollar həcmində ənənəvi qrantlar saxlanılacaq.

Nəşrin yazdığına görə, təklif olunan ixtisarların Respublikaçılar Partiyasının hər iki palatada çoxluğa malik olduğu Konqres tərəfindən təsdiq edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

"Washington Post" həmçinin qeyd edir ki, ABŞ dövlət katibi Marko Rubio departamentin xərclərini azaltmaq üçün öz planını hazırlayır. Qəzetin mənbələrinə görə, o, Dövlət Departamentinin 80 min əməkdaşından on minlərlənin işdən çıxarılmasını, həmçinin bir neçə konsulluğun, diplomatik departamentin bəzi şöbə və proqramlarının və digər obyektlərin bağlanmasını nəzərdə tutur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR