Onlayn ictimai-siyasi qəzet
ABŞ Maliyyə Nazirliyi Belarusa qarşı sanksiyalar siyahısına 10 fiziki və 12 hüquqi şəxsi əlavə edib.
“Report” xəbər verir ki, bu barədə Nazirliyin yaydığı yazılı açıqlamada deyilir.
Siyahıya Belarus, Livan, Suriya, Slovakiya və İsveç vətəndaşları daxildir.
Bundan əlavə, məhdudiyyətlər Kipr, Belarus, İraq, Çin və Slovakiyadan olan şirkətlərə təsir göstərib.
Sanksiya Birləşmiş Ştatlarda aktivlərin dondurulmasını, Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsini nəzərdə tutur.
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ