İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bazaları hədəfdə – İran qisas andı içdi

 İran ABŞ ordusunun öz bazalarından hərbi əməliyyatlar üçün istifadə etməsi halında dərhal cavab zərbələri endirəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə yüksək rütbəli İran hərbçisi The Telegraph-a müsahibəsində xəbərdarlıq edib.

Onun sözlərinə görə, əgər ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə sazişinə dair tələbləri rədd etməsinə görə hərbi əməliyyatlara başlasa, İran tərəfi dərhal qisas alacaq.

“Fərqi yoxdur, siz amerikalı, britaniyalı və ya türkiyəli əsgərsiniz. Əgər bazanızdan ABŞ ordusu istifadə edirsə, siz hədəf olacaqsınız”, – deyə İran rəsmisi bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR