İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ baş prokuroru prezidentin oğluna cinayət işi açdı

ABŞ prezidenti Co Baydenin oğlu Hanter cinayət məsuliyyətinə cəlb oluna bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Baydenin günahını etiraf etməsi ilə bağlı aparılan danışıqlar dalana dirənib.

Cümə günü Baş prokuror Merrik Qarland Hanterlə bağlı araşdırma aparan Devid Vaysı “xüsusi prokuror” vəzifəsinə yüksəldib. Beləliklə, Vays istintaqı davam etdirmək üçün əlavə səlahiyyətlər almış olub.

Xatırladaq ki, Devid Vays sabiq prezident Donald Tramp tərəfindən məzh Baydenlərə qarşı cinayət işi başlamaq üçün təyin olunmuşdu.

İyun ayında Hanter Bayden vergidən yayınmaqda və odlu silah qanunlarını pozmaqda ittiham olunub. “Amerikanın Səsi” radiosu Delaver ştatında federal məhkəmənin hakiminin ittiham tərəfinin təklif etdiyi iddianı rədd etdiyini bildirib.

İstintaq başa çatdıqdan sonra Vays Ədliyyə Departamentinə hesabat təqdim edəcək. Nazirlik xüsusi prokurorun nəticələrini ictimaiyyətə açıqlayacaq.

Respublikaçılar kiçik Baydeni Ukrayna və Çindəki biznes müəssisələrindən haqsız qazanc əldə etməkdə günahlandırırlar. Lakin onun qanunları pozduğuna dair heç bir sübut təqdim edilməyib.

53 yaşlı Hunter Bayden lobbiçi, hüquqşünas, məsləhətçi və investisiya bankiri kimi çalışıb. O, əvvəllər spirtli içkilərdən və kokaindən sui-istifadə etdiyini açıq şəkildə etiraf edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR