İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycanı Laçın dəhlizi boyunca sərbəst hərəkəti bərpa etməyə çağırıb

Azərbaycanın işqalına 30 il susan ABŞ-dan ikili standart nümunəsi

"Laçın dəhlizi ilə nəqliyyatın dayandırılmasının ağır humanitar nəticələri var və Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərər vurur".

Musavat.com xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə deyib.

“Biz aydın şəkildə bildirdik ki, Laçın dəhlizinin bağlanmasının sülh prosesini ləngidən ağır humanitar nəticələri var. Biz Azərbaycan hökumətini dəhliz boyunca sərbəst hərəkəti bərpa etməyə çağırırıq. Enerji infrastrukturunun dayandırılması ilə bağlı xəbərləri görürük. Bu, xüsusilə qış aylarında humanitar böhranı daha da gücləndirə bilər. Dağlıq Qarabağın mülki əhalisinə zərər vurmaq qəbuledilməzdir”, - Prays bildirib.

Ned Prays da koronavirusa yoluxdu

Ned Prays

Musavat.com qeyd edir ki, ABŞ Dövlət Departamentinin təmsilçisi Ned Praysın bu açıqlaması ikili standart nümunəsidir, yalana və təhrif informasiyalara dayanır. Məlum olduğu kimi, Qarabağ və hazırda aksiyanın keçirildiyi ərazi Azərbaycanın ərazisidir. Orada erməni silahlı separatçıları illərdir yuvalanıblar. Azərbaycanın ərazisini 30 ilə yaxın müddətdə işqal altında saxlayıblar. Hazırda Azərbaycan öz ərazilərində öz suveren hüquqlarını bərpa etmək istiqamətində hərbi, siyasi, diplomatık, informatif planda mübarizə aparır. Bu, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş haqqıdır. 

Bu baxımdan, ABŞ Dövlət Departamenti təmsilçisinin bu açıqlaması sayıqlama sayıla bilər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR