İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ azad olunmuş rayonlar üçün 2 milyon dollar ayıracaq –Dövlət Departamenti

 

ABŞ Qarabağ müharibəsindən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 2 000 000 dollar yardım ayıracaq.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Minalar və partlamamış hərbi sursatlar mülki insanları öldürməyə və şikəst etməyə, iqtisadi inkişafı əngəlləməyə və məcburi köçkünlərin təhlükəsiz qayıtmasına mane olmağa davam edir. Bu vəsait ölümcül minaları və partlamamış hərbi sursatları təmizləmək üçün minatəmizləmə təşkilatlarının texniki potensialını gücləndirməyə kömək edəcək. Bu səylər insanların təhlükəsizliyinin gücləndirilməsi və məcburi köçkünlərin öz evlərinə qayıdıb həyatlarını təhlükəsiz şəkildə bərpa etmələri üçün həlledici rol oynayır”, – deyə bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR