İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 88 ədəd F-16-nı BU ÖLKƏYƏ göndərir -14 milyard dollarlıq müqavilə

Kanada ABŞ şirkəti ilə 88 ədəd F-35 döyüş təyyarəsi almaq üçün 14,2 milyard dollarlıq müqavilə imzalayıb.

Musavat.com xəbər verir ki, razılaşmaya əsasən, təyyarələrdən birincisinin 2026-cı ildə təhvil verilməsi, bütün reaktivlərin isə 2033-2034-cü illərdə hava qüvvələrinə qoşulması gözlənir.

Kanadanın müdafiə naziri Anita Anand deyib:

"Bugünkü mürəkkəb qlobal şəraitdə Kanadanın müxtəlif və gözlənilməz vəziyyətlərə çevik cavab verə bilən orduya ehtiyacı var. Kanadanın gələcəkdə NATO, NORAD və digər öhdəlikləri yerinə yetirməsi lazım gələcək”

Kanada əldə edilən razılaşma ilə F-35 proqramında iştirak edən səkkizinci ölkə olub. Proqramın ölkədə təxminən 3300 iş yerinin yaradılması və 25 il ərzində Kanadanın ümumi daxili məhsuluna hər il 317 milyon dollar töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra dünyada Lockheed Martin aerokosmik şirkəti tərəfindən istehsal olunan F-35-lərə maraq artıb. Keçən il Almaniya, İsveçrə və Finlandiya F-35-lərin alınması üçün müqavilə imzalamış, Yunanıstan və Çexiya isə döyüş təyyarələri almağı nəzərdən keçirdiklərini açıqlamışdı.

F-35 döyüş təyyarələri ABŞ-dan başqa, hazırda Avstraliya, İngiltərə, İtaliya, Hollandiya, Norveç, Danimarka, Yaponiya, Cənubi Koreya, İsrail, Polşa, Belçika və Sinqapurun hava qüvvələrinin tərkibindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR