İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan: Ermənistan rəhbərliyi ancaq Azərbaycan və Türkiyənin təşəbbüslərinin arxasınca qaçır

 

Beynəlxalq ictimaiyyətin (?-red.) Qarabağ ermənilərinin geri qayıtmaq hüququnun həyata keçirilməsinə dair çağırışları fonunda Azərbaycan yenidən “Qərbi Azərbaycan” ifadəsini işə salıb. Bu termin altında Ermənistanın ərazisinin əhəmiyyətli bir hissəsi təmsil olunur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin üzvü, revanşist siyasətçi Tiqran Abramyan tərəfindən sosial şəbəkələrdəki statusunda əks olunub.

Paşinyan hakimiyyətinin çirkin davranış xətti və itaətkarlığı şəraitində Azərbaycana qarşı istifadə olunacaq əsas vasitələr dərin qutuya salınıb və Ermənistan rəhbərliyinin indi gördüyü yeganə iş Azərbaycanın və Türkiyənin təşəbbüslərinin arxasınca qaçmaqdır.

Rəsmi İrəvan Qarabağ ermənilərinin geri qayıtması məsələsini gündəmə gətirməkdən imtina edərək bununla Bakıya itaət etməyə hazır olduqlarını göstərdi”,-deyə Abramyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR