İnsanlara hürriyət, millətlərə istiqlal!

“Abrams” tankları ilin sonunadək Ukraynaya veriləcək

Amerikanın “Abrams M1A1” tankları, ehtimal ki, 2023-cü ilin sonuna qədər Ukraynaya çatdırılacaq.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun spikeri general Patrik Rayder bildirib.

O qeyd edib ki, indi Almaniyada kadr hazırlığı davam etdiriləcək - bunun üçün xüsusi olaraq oraya “Abrams M1” tankları göndəriləcək.

“Bu tanklar (Almaniyaya göndəriləcək - red.) yalnız təlim üçün nəzərdə tutulacaq. Bunlar sonradan Ukraynaya gedəcək yenilənmiş tanklar deyil”, - o qeyd edib.

Onun sözlərinə görə, Ukraynaya gələn “Abrams M1А1” ölkədə gedən döyüşlərin xüsusiyyətlərinə uyğun təchiz ediləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR