İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramoviç milyardlarını görün necə qoruyub - Müharibədən əvvəl...

Rusiyalı milyarder Roman Abramoviçin Ukraynaya qarşı hərbi əməliyyatın başladılmasına bir neçə həftə qalmış övladlarının hesabına 4 milyard dollar vəsait köçürdüyü ortaya çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Guardian” nəşri əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.

Məlumatlara görə, 2022-ci ilin əvvəlində Abramoviç Kipr və Cersidə ən azı 10 trestin yeganə benefisiarı olub.

Buna baxmayaraq,  fevralın 4-də trestlərə düzəlişlər edilməyə başlanıb. Bunun nəticəsində Abramoviçin payı azaldılıb və ya ləğv edilib. Bundan başqa, eyni anda onun yeddi övladının payı bəzi hallarda 100%-ə qədər yüksəlib.

Nəşrdə qeyd edilir ki, bu, milyarderin həbsini və aktivlərinin müsadirəsini xeyli çətinləşdirə bilər.

Habelə, 2022-ci ilin dekabrında Kanada hakimiyyəti Abramoviçlə əlaqəsi olan Virciniya adalarında qeydiyyatdan keçmiş “Granite Capital Holdings Ltd.” şirkətindən 26 milyon dolların müsadirə edilməsi prosesinə başlayacaqlarını açıqlayıb. Ancaq Ukraynada münaqişə başlamazdan əvvəl Abramoviç şirkətə sahib olan "HF Trust"ın benefisiarı olmağı dayandırıb və yerini onun övladları tutub.

Eyni zamanda, uşaqlara Rusiya şirkətlərindən paylar, "Eclipse" superyaxtası və Londonda 107 milyon dollarlıq malikanə kimi fiziki aktivlər də verilib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR