Onlayn ictimai-siyasi qəzet
“Türkiyə-Azərbaycan tandeminin Ermənistandakı “məxməri” əlaltılarının insanları bitirməsinin sistemli bir proses olması artıq sirr deyil”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın revanşist eksperti, keçmiş deputat Arman Abovyan yazıb.
“Ermənilərin axmaq, savadsız liberal biokütləyə çevrilməsi prosesinin məktəb və institutlarımıza gələcəyi də gözlənilirdi. Beləliklə, səkkizinci sinif şagirdləri üçün tarixə dair anti-elmi pornoqrafiyanı (mətndə belə də yazılıb - red.) oxuyarkən birdən məlum oldu ki, “Rusiya bizi işğal edib””, - deyə Abovyan qeyd edib.
Rusiyapərəst ekspert buna görə hiddətini gizlədə bilməyib.
“Ermənistanın Rusiya tərəfindən hansı “işğal”ı olub? Siz nə danışırsınız, həşəratlar? Bunun necə baş verdiyini mənə deyə bilərsinizmi? Yalançı məxluqlar”, - deyə Arman Abovyan yazıb.
Bundan sonra Abovyan yenə də Azərbaycan və Türkiyəyə tərbiyəsiz ifadələrlə nifrət qusub. Erməni siyasətçi buna görə yerli siyasətçiləri də günahlandırıb.
“Keçmişimizi apardılar, korladılar, satdılar və xəyanət etdilər. Onlar indi axmaqdırlar, bizim bugünümüzü satırlar və xəyanət edirlər. Övladlarımızın gələcəyini korlamağa, satmağa, xəyanət etməyə çalışırlar. İndi başımıza gələn budur”, - deyə Arman Abovyanın şivən dolu yazısında bildirilir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ