İnsanlara hürriyət, millətlərə istiqlal!

Abdullah Ağar: Öcalanın PKK-ya ÇAĞIRIŞI – Terror təşkilatının dövlətləşmə planımı?

Türkiyəli analitik Abdullah Ağardan sensasion yazı

Tanınmış türkiyəli analitik və təhlükəsizlik eksperti Abdullah Ağar PKK terror təşkilatının lideri Abdulla Öcalanın son çağırışını dəyərləndirərək, bu çağırışın arxasında gizlədilən məqsədləri və terror təşkilatının gələcək planlarını təhlil edib.

Musavat.com-a göndərdiyi yazısında Ağar yazır ki, bu çağırış sadəcə silah buraxmaq məsələsi deyil. Daha böyük bir geosiyasi oyunun tərkib hissəsidir.

Ağarın təhlili göstərir ki, Öcalanın çağırışı beş fərqli sahəyə və iki əsas istiqamət üzərində təsir edəcək kritik bir hadisədir. O, bu çağırışın əsas hədəfinin PKK-nın Suriya qolu olan YPG/PYD-nin PKK-dan ayrı bir qurum kimi təqdim edilərək Suriyada dövlətLEŞmə planını tamamlamaq olduğunu bildirir.

PKK-NIN “SİLAH BURAXMA” OYUNU – TƏHLÜKƏLİ STRATEJİA

PKK və ona bağlı qrupların silah buraxması və siyasi-sosioloji inteqrasiyaya getməsi çağırışı sadəcə bir hiylədirmi? Ağar bildirir ki, bu çağırış əslində Türkiyə Cümhuriyyətinin unitar milli dövlət modelini sarsıtmaq və zamanla Türkiyəni parçalamaq məqsədini güdən bir strategiyanın tərkib hissəsidir.

Öcalanın çağırışına PKK-nın müxtəlif qolları necə cavab verəcək? Bu prosesdə kimlər necə mövqe tutacaq? Türkiyəli analitik bu məsələdə aşağıdakı sualları önə çıxarır:

1. Kandildəki PKK/HPG/Tavgari Azadi buna necə reaksiya verəcək?
• Qara, Kandil, Asos, Sincar, Mahmur və Süleymaniyədəki PKK gücləri bu çağırışı qəbul edib silahı yerə qoyacaq, yoxsa yeni bir strategiya hazırlayacaqlar?
2. Suriya PKK-sı olan YPG/PYD/AANES-in reaksiyası necə olacaq?
• YPG/PYD çağırışı rədd edərək PKK-dan ayrılmağa çalışacaqmı, yoxsa eyni yolda davam edəcəkmi?
3. Avropadakı PKK strukturu nə edəcək?
• Avropa ölkələrində təşkilatlanmış PKK qrupları bu çağırışı dəstəkləyəcək, yoxsa öz yollarını seçəcəklər?
4. İrandakı PKK – PJAK/YRK necə reaksiya verəcək?
• İranın dəstəklədiyi PKK qrupları Öcalanın çağırışına əməl edəcəkmi?
5. Türkiyədəki PKK uzantılarının mövqeyi necə olacaq?
• Türkiyə daxilində PKK-nın siyasi və qeyri-rəsmi uzantıları bu çağırışa necə yanaşacaq?

QLOBAL VƏ REGİONAL AKTORLAR BU ÇAĞIRIŞI NECƏ DƏYƏRLƏNDİRƏCƏK?

Ağar yazır ki, YPG/PKK qruplaşmasının İran və Rusiya, eləcə də ABŞ, AB və İsraillə olan əlaqələri bu çağırışın hansı məqsədlə edildiyini müəyyənləşdirəcək. Xüsusilə ABŞ və Avropanın PKK-nı necə yönləndirəcəyi önəm daşıyır.

Bəzi əsas suallar:

• Bu çağırış PKK-nın himayəçiləri olan qlobal və regional güclərlə koordinasiya edilərəkmi edilib?
• Bu proses ABŞ və Avropanın razılığı iləmi gedir?
• Çağırış İran və Rusiyanın dəstəklədiyi qruplara qarşı bir strategiyadırmı?
• ABŞ-ın PKK-nı Suriya və İraq üzərindən hansısa yeni məqsədlər üçün istifadə etmək planımı var?
• PKK Suriya və İraqdan tamamilə çıxıb bölgəni rəsmi hökumətə təslim edəcəkmi?

Abdullah Ağar açıq şəkildə bildirir ki, PKK və onun müxtəlif qolları arasında yaranan bu fikir ayrılığı sadəcə bir illüziya ola bilər. Onun sözlərinə görə, terror təşkilatlarının keçmişdə dəfələrlə müxtəlif taktiki gedişlər edərək özlərini fərqli adlarla təqdim etməsi yeni deyil.

SƏHNƏ ARXASINDA GİZLƏNƏN PLAN

Ağar bu çağırışın əslində yeni bir ssenarinin başlanğıcı olduğunu düşünür. Suriya və İraqda yeni təhlükəsizlik nizamının qurulduğu bir dönəmdə bu çağırışın ortaya çıxması təsadüfi deyil. Onun fikrincə, bu çağırış böyük güclərin PKK-nı fərqli yollarla formalaşdırmaq və yeni strategiyalarla istifadə etmək planının bir parçasıdır.

Türkiyəli analitik yazısının sonunda qeyd edir ki, terror təşkilatlarının bu tip açıqlamaları hər zaman siyasi və geosiyasi məqsədlərlə verilir. Bu səbəbdən, məsələyə sadəcə bir “silah buraxma çağırışı” kimi baxmaq sadəlövhlük olar. Ağarın fikrincə, bu çağırış ya yeni bir planın başlanğıcıdır, ya da terror təşkilatının ona hələ də nəzarət edən güclərin yeni təlimatlarını icra etməsidir.

NƏTİCƏ – YANILTMA TAKTİKASI YOXSA HƏQİQİ DƏYİŞİM?

Bu çağırışın həqiqətən PKK-nın silahı yerə qoyması üçün edilib-edilmədiyini zaman göstərəcək. Lakin görünən odur ki, terror təşkilatı öz strateji hədəflərindən əl çəkmək niyyətində deyil. Əksinə, yeni taktiki addımlarla öz məqsədlərinə çatmağa çalışır.

PKK və onun himayədarları bu çağırışla regionda yeni bir siyasi və hərbi düzənin qurulmasına təsir etməyə çalışırlar. Azərbaycan və Türkiyə isə bu təhlükəni yaxından izləyir və mümkün risklərə qarşı hazırlıqlı olmalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR