İnsanlara hürriyət, millətlərə istiqlal!


2024-cü ildə dünya neft tədarükü sutkada 102,9 milyon barel səviyyəsində proqnozlaşdırılır ki, bu da 2023-cü ildəkindən 640 min barel çoxdur.

Musavat.com xəbər verir ki, bu təxmin Beynəlxalq Enerji Agentliyinin(BEA) aylıq hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, Amerikanın başçılıq etdiyi OPEC+ ittifaqına daxil olmayan ölkələr 2024-cü ildə hasilatı sutkada 1,5 milyon barel artıracaq, OPEC+ ölkələri isə 820 min barel azaldaraq 49,8 milyon barelə endirəcəklər.

OPEC+ hasilatının artırılmasının vaxtı ilə bağlı hələ heç bir rəsmi qərar elan edilməyib və BEA əlavə könüllü məhdudiyyətlərin 2025-ci ilə qədər qüvvədə qalacağını güman edir. Beləliklə, BEA 2025-ci ildə qlobal neft tədarükünün sutkada 2 milyon barel artaraq 105 milyon barel olacağını, o cümlədən OPEC+ hasilatının sutkada 560 min barel, digər ölkələrin isə daha 1,5 milyon barel artıracağını gözləyir.

Agentliyə görə, OPEC+ məhdudiyyətlərinin saxlanmasına baxmayaraq, 2025-ci ildə qlobal neft təklifi tələbi 1 milyon bareldən artıq üstələyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR