İnsanlara hürriyət, millətlərə istiqlal!

9 il sonra Almaniyadan Bakıya döndü, hava limanında həbs olundu; məhkəmə isə sərbəst buraxdı - JURNALİSTİN ŞOK HEKAYƏSİ  

2015-ci ildə Almaniyaya siyasi mühacir kimi müraciət edərək getmiş jurnalist Şirin Abbasovun (“Tire”) iyunun 14-də Azərbaycana qayıtdığı bildirilir.

Musavat.com -un məlumatına görə, polis onu elə hava limanındaca saxlayıb. 

Buna səbəb də Şirin Abbasovun barəsində  9 il əvvəl açılmış cinayət dosyesinin olmasıdır. Belə ki, Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə ona qarşı cinayət işi başlanıb, daha sonra isə Şirin Abbasov axtarışa verilib.

Bütün bunlarla yanaşı, Nəsimi Rayon Məhkəməsinin onun haqqında qiyabi həbs qətimkan tədbiri də varmış.

Bundan sonra baş verənlər isə bu yazdıqlarımızdan daha maraqlıdır və novella janrında yekun sayıla bilər. Belə ki, dünən  - iyunun 15-də  Şirin Abbasovu Binəqədi Rayon Məhkəməsinə aparıblar. O,  hakim önünə çıxarılıb.

Burada Baş Prokurorluğun İstintaq İdarəsindən məhkəməyə təqdimat verilib. Təqdimatda nə varmış?  "Tire" ləqəbli jurnalist Şirin Abbasovun barəsində seçilən həbs qətimkan tədbirinin ləğv edilməsi tələbi! 

Məhkəmə həmin təqdimatı dərhal təmin edib və jurnalist 1 gecəlik həbsdən sonra sərbəst buraxılıb.

Musavat.com hesab edir ki, bu fakt hər hansı küskünlük səbəbindən Azərbaycanı tərk etmiş bir sıra mühacirlər üçün yaxşı örnək sayıla bilər.

Yetər ki, Dövlət Baba bütün küskün övladlarını qucaqlayıb, bağrına basmağa hazır olsun...

 Qeyd: Xəbərin hazırlanmasında "Azadlıq Radiosu"nun məlumatından istifadə olunub. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR