İnsanlara hürriyət, millətlərə istiqlal!

9-23 fevral tarixləri ilə bağlı VACİB MƏLUMAT – Avqusta qədər...

Fevral ayı astroloji baxımdan mühüm bir başlanğıcla gəlir.

9 fevral 2025-ci ildə Dolça bürcündə 9 dərəcədə Yeni Ay baş verəcək. Bu Yeni Ay azadlıq, yenilik və inqilabi dəyişiklikləri simvolizə edir.

Bəs bu göy hadisəsi kimlərə daha çox təsir edəcək və hansı sahələrdə dönüş nöqtəsi ola bilər?

Bu dövrdə cəmiyyətin rifahına yönəlmiş layihələr ön plana çıxa bilər. Sosial ədalət, insan haqları və texnoloji yeniliklər daha çox müzakirə ediləcək. Süni intellekt, startaplar və innovativ ideyalar üçün əlverişli zamandır. Yeni texnoloji kəşflər gündəmə gələ bilər. İnsanlar daha müstəqil düşünməyə və öz həyatlarında dəyişiklik etməyə meyilli olacaqlar. Xüsusilə köhnə vərdişlərdən qurtulmaq üçün ideal dövrdür. Dolça bürcünün enerjisi ilə fərqli düşüncələrə açıq olmaq və cəmiyyətin qoyduğu qaydalara meydan oxumaq mümkündür.

Bu Yeni Ayın enerjisi 23 fevral 2025-ci ilədək güclü şəkildə hiss olunacaq. Ancaq onun əsas təsirləri 6 ay boyunca davam edəcək və xüsusilə 9 avqust 2025-ci ildə Dolça bürcündə baş verəcək Dolunay zamanı bu dövrdə atılan addımların nəticələri görünəcək. Bu hadisədən ən çox təsirlənəcək bürclər siyahısında Dolça, Əkizlər, Tərəzi, Qoç və Oxatan yer alır. Bu bürclər üçün karyera, şəxsi həyat və münasibətlərdə mühüm dəyişikliklər gözlənilir./Yenisabah.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR