Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda 8 yaşlı qız faciəli şəkildə ölüb.
Musavat.com lent.az-a istinadən bildirir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2016-cı il təvəllüdlü Sevil Allahverdiyeva yaşadığı evin həyətində oynayarkən ipi yandırıb. Nəticədə yanan ipdən uşağa od düşüb. Valideynləri tərəfindən söndürülərək təcili xəstəxanaya çatdırılan azyaşlı aldığı yanıq xəsarətlərindən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ