İnsanlara hürriyət, millətlərə istiqlal!

8 Noyabr prospektinin bu hissəsi bağlanacaq

24 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ dairəsindən Ramiz Quliyev küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur" , - məlumatda deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR