İnsanlara hürriyət, millətlərə istiqlal!

8 ildən sonra İLK DƏFƏ! Suriya müxalifləri Hələbdə bayraq qaldırdı - FOTO

Suriya müxalifət qüvvələri, Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının rəhbərliyi altında, İdlibdən Hələbə doğru başladığı əməliyyat nəticəsində şəhərin böyük hissəsinə nəzarəti ələ keçirib. Əsəd rejiminə qarşı olan bu qüvvələr, Hələb qalası da daxil olmaqla, bir çox strateji məntəqələrdə “Azad Suriya Ordusu”nun bayrağını ucaldıblar.

Musavat.com "Hurriyet" qəzetinə istinadla bildirir ki, bu hadisə, müxaliflərin 2016-cı ildə şəhərdən çəkilməsindən sonra ilk dəfə baş verir.

Əməliyyat zamanı müxaliflər, Hələb Beynəlxalq Hava Limanı da daxil olmaqla, bir sıra əraziləri nəzarətə götürüblər. Bununla yanaşı, rejim qüvvələrinin geri çəkildiyi bəzi bölgələrə PKK/YPG terror təşkilatının yerləşməyə çalışdığı bildirilir. Şəhərin Şeyx Məqsud məhəlləsində isə müxaliflərlə YPG/PYD qüvvələri arasında qarşıdurmalar davam edir.

Suriya Müvəqqəti Hökuməti bu əməliyyata “Azadlıq Şəfəqi” adını verərək, məqsədlərinin rejim və PKK-nın nəzarətində olan torpaqları azad etmək olduğunu bəyan edib. Əməliyyat nəticəsində müxaliflər Hələb ətrafında 86, İdlibdə isə 22 yaşayış məntəqəsi də daxil olmaqla, ümumilikdə 108 nöqtəni ələ keçiriblər. Bu müddət ərzində təxminən 850 kvadrat kilometrlik ərazi müxaliflərin nəzarətinə keçib.

Əsəd rejiminə bağlı hərbi qüvvələr, İran tərəfindən dəstəklənən qruplar və rejimin kəşfiyyat birləşmələri Hələb və ətrafını tərk ediblər. Bəzi məlumatlara görə, Rusiya ordusu da Hama şəhərindəki hərbi bazalarını boşaldaraq Lazkiyədəki Hmeymim Hava Bazasına çəkilib. Əməliyyat zamanı müxaliflər rejimə aid ağır silahlar və hərbi texnikanı ələ keçiriblər. Çatışmalarda çox sayda rejim əsgəri həlak olub, onlarla əsgər isə əsir götürülüb. Bölgədəki qarşıdurmalardan qaçan təxminən 10 min mülki vətəndaşın İdlib ətrafına sığındığı ehtimal edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR