Onlayn ictimai-siyasi qəzet
"600-dən yuxarı bal toplayıb, ali təhsil müəssisələrinə qəbul olunmayanlara xüsusi bir təklif edilməyəcək".
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yüksək bal toplayıb və sadəcə bir yeri yazıb, qəbul olunmayanlar bunu özləri seçir:
"Onların əksəriyyəti xarici universitetlərə qəbul olur, burada sadəcə dövlət sifarişli yerlər yazırlar. Əgər bir yer yazmasa idilər, digər yerə düşə bilərdilər. Buna görə biz qəbul qaydalarından kənara çıxa bilmərik".//Sfera.az
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ