İnsanlara hürriyət, millətlərə istiqlal!

“60 yaşlı müəllimlərin sertifikatlaşdırmadan azad olunması doğru qərardır, amma… “

“60 yaşı tamam olan müəllimlər sertifikatlaşdırmadan azad olunacaqlar”.

Musavat.com bildirir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, müəllim yalnız öz istəyi ilə sertifikaşladırmada iştirak edə bilər:

“Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu günki iclasında “Əmək Məcəlləsi” və bir sıra müvafiq qanunlara təklif edilən dəyişikliklər müzakirə edildi. Layihələr komitə tərəfindən dəstəkləndi və plenar iclasa   tövsiyə olundu. Yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni, dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa o heç bir halda məcburi sertifikatlaşdırmağa cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikaşladırmada iştirak edə bilər”.
 
Deputat iclasda sertifikalaşdırma prosesinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb:
 
“Əvvəla, müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da belə meyarların sayının artırılmasına ehtiyac var. Sertifikalaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır. İkincisi, sertifikatlaşdırmada differensial yanaşma daha məqsədəuyğun olardı. Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 80 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər, yaxud müəllim iki sertifikatlaşdırmada ardıcıl 80 faiz və daha yüksək nəticə göstərirsə o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya bilər”.
 
Vüqar Bayramov qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə təhsil sektorunun inkişafı ilə bağlı mütəmadi faydalı müzakirələrin aparıldığını və təkiflərlərə hər zaman diqqətlə yanaşdıqlarını vurğulayıb:
 
“Əminik ki, sertifikatlaşdırmanin təkimilləşdirilməsi ilə əlaqədar da səmərəli fikir mübadiləsi aparılacaq”.
Bəs ekspertlər 60 yaşı tamam olan müəllimlər sertifikatlaşdırmadan azad olunmasını necə qarşılayır?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb. Ekspert qeyd edib ki, sertifikatsiya olduqca zəruri və vacib bir prosesdir: “Yəni, bütün  hallarda biz təhsil verənlərin bilik və və bacarıqlarının yoxlanılıb, ölçülməsini həyata keçriməliyik. 

İndiyə qədər sertifikatsiya prosesi mövcud köhnə atesstatsiya olaraq nəzərdə tutulurdu.

Attestasiyadan keçmə zamanı yalnız işçinin peşə uyğunluyu yoxlanılırdı, amma o qədər də keyfiyyətli alınmırdı. Sertifikatsiya isə Azərbaycan  təhsilinin inkişafı üçün çox zəruridir.

Hazırda ölkədə təhsil verənlərin mövcud bilik  bacarıqlarından təbii ki, razı deyilik. Çünki onlar uzun illər fəaliyyət göstərməklərinə baxmayaraq, öz üzərlərində işləmirlər. Müəyyən bir kontingent var, hansı ki, yaşı 60-dan yuxarı olan şəxslərdir və sayı çox deyil, onların sertifikatsiyaya cəlb edilib-edilməməsi təhsil  üçün böyük bir itki ola bilməz.

Qeyd edim ki, hazırda Azərbaycanda təhsil sistemində yaşı 60-dan yuxarı olan işçilərin ümumi sayı çox deyil. Hər il bir  fənn üzrə minimum 300-400 nəfər müəllimin 60-dan yuxarı yaşı olur. Ümumilikdə  60-dan yuxarı olan müəllimlərimizin sayı 20 minə qədərdir.  Nəzərə alsaq ki, hazırda ölkənin  4432 orta ümumim təhsil müsəssisələrində 150 min müəllim var və onun 20 min nəfərinin yaşının 60-dan yuxarıdır, bu  o qədər də  ciddi faiz deyil və bu təhsil sistemimiz üçün hər hansı bir təhlükə yaratmır.  Amma 20 min müəllimimizin sertifikatsiya yolu ilə prosesdən uzaqlaşdırmağımız ciddi kadr çatışmazlığı yarada bilər.

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən sertifikatsiya 5 ildən bir olacaq. Bu amil onu deməyə  əsas verir ki, 65 yaşında sertifikasiyadan keçmiş şəxsin bundan sonra maksimum 5 işləmək imkanı var və düşünürəm ki, burada könüllülük tətbiq edilməlidir.  Çünki  müəyyən müəllimlər var ki, onlar 65 yaşdan sonra təqaüdə çıxır, sistemdə qalıb davam etmək istəmirlər. Hesab edirəm ki, o müəllimlər sertifikatsiyada iştirak etməlidir ki, 65 yaşdan sonra ən azı bir neçə il qalıb, işləmək istəyir. Bu baxımdan 60 yaşdan yuxarı şəxslərin sertifikatsiyada könüll üolaraq qoşulmalıdır.

Burada vacib məqam ondan ibarətdir ki, yaşı 60-dan yuxarı olan  şəxslərin sağlamlıqlarında müəyyən problemlər olur. Buna görə də onları gənclərlə eyni cür imtahan etmək, eyni  imtahan sualları ilə yoxlamaq olmaz. Doğrudur, onlar eyni əmək funksiyası yerinə yetirə bilərlər, amma 60 yaşlı biri ilə 25 yaşlı  şəxsi eyni suallar və alətlərlə yoxlamaq düzgün yanaşma tərzi deyil.  Birmənlaı şəkildə bu amili nəzərə almalıyıq”.

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR