İnsanlara hürriyət, millətlərə istiqlal!

47 Rusiya vətəndaşı Qarabağdan çıxarıldı-erməni mediası

 

Fevralın 15-də Rusiya sülhməramlı kontingentinin qüvvələri Rusiya Federasiyasının 47 vətəndaşını Qarabağdan təxliyə edib.

Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb. Qeyd olunub ki, bir gün əvvəl əldə olunan razılaşmalar çərçivəsində əvvəllər “Dağlıq Qarabağa” gəlmiş Rusiya Federasiyası vətəndaşlarının təxliyyəsi həyata keçirilib. 8-i uşaq olmaqla, ümumilikdə 47 nəfər çıxarılıb.

“Bizim olduğumuz yerdə əmin-amanlıq var!!!”, - Rusiya hərbi komandanlığının teleqram kanalında iddia olunub. Kontingent nümayəndəsinin sözlərinə görə, Rusiya sülhməramlı kontingenti Rusiya vətəndaşlarının Dağlıq Qarabağ ərazisindən çıxarılması prosesini davam etdirir. Rusiya Federasiyasının 150-dən çox vətəndaşının, o cümlədən 29 uşağın daşınmasının təşkili istiqamətində işlər aparılıb. Hazırda vətəndaşların müraciətlərinin qəbulu istiqamətində iş aparılır.

Qeyd edək ki, yanvar ayında 63 Rusiya vətəndaşı Qarabağdan aparılmışdı.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR