İnsanlara hürriyət, millətlərə istiqlal!

45 avtobus gecikmə ilə hərəkət edir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 19 müntəzəm marşrut xətti üzrə 45 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Musavat.com-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

1. Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-9 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şossesi – Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqə gecikmə müşahidə olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR